“Qarabağ” növbəti yoxlama oyununu keçirib. Ağdam klubu Birləşmiş Ərəb əmirliklərinin “Əl-Şabab” kollektivi ilə qarşılaşıb. Matç təmsilçimizin 5:2 hesablı qələbəsilə yekunlaşıb. Abdulla Zubirin hettrik etdiyi görüşdə digər qolları Leandro Andrade və Yassin Benzia vurublar. Xatırladaq ki, “Qarabağ” daha əvvəl Xorvatiya təmsilçisi “Slaven”lə qarşılaşıb və 1:0 hesabilə qalib gəlib.